Mehriban Əliyeva pakistanlıları sevindirdi

Fəysəl Kərim Kundi Pakistanın mütəmadi olaraq terrordan əziyyət çəkən və iqtisadi inkişafdan geri qalan regionunda Heydər Əliyev Fondu tərəfindən belə aksiyanın keçirilməsini yüksək qiymətləndirib, Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, "Heydər Əliyev Su Təchizatı layihəsi"nin içməli su çatışmazlığından əziyyət çəkən bölgə sakinləri üçün böyük dəstək olduğunu söylətib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov isə 2 xalq arasındakı münasibətlərdən danışıb. Mərasimin ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçirildiyini xatırladan səfir ulu öndərin həyat və fəaliyyətindən söz açıb. Diplomat Pakistanın müxtəlif əyalətlərində Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə səhiyyə, təhsil sahələrində silsilə humanitar yardım proqramlarının həyata keçirildiyini də xatırladıb.
"Heydər Əliyev Su Təchizatı layihəsi" çərçivəsində dərinliyi 700 metrdən artıq olan quyudan gün ərzində 150 tondan çox içməli su çıxarılacaq. Su ehtiyatı, fasiləsiz elektrik təchizatı qurğusu və supaylayıcı sistemdən ibarət "Heydər Əliyev Su Təchizatı layihəsi" bölgədə yaşayan 40 min sakini içməli su ilə təmin edəcək.
AzVision.az