Azərbaycan və Türkiyə spikerləri telefonla danışdı

Azərbaycan və Türkiyə spikerləri telefonla danışdı
  04 Mart 2025    Oxunub:282
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.
Bu barədə Türkiyə parlamenti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli və parlamentlərarası əlaqələr müzakirə edilib, həmçinin türk dünyasında sabitliyin təmin olunması üçün bütün sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.

Numan Kurtulmuş Sahibə Qafarovanı Ramazan münasibətilə təbrik edərək bu müqəddəs ayın Azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyirxahlıq gətirməsini arzulayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti