Vens Zelenskiyə şərtləri açıqlayıb

   Vens Zelenskiyə şərtləri açıqlayıb
  04 Mart 2025    Oxunub:357
Əgər Ukrayna prezidenti Vladimir Zelenskidən “real təklif” olarsa və “Ukrayna qoşulmağa hazırdırsa, qapı açıqdır”.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Jcey Di Vens danışıqlar prosesini şərh edərkən “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Zelenski, prezident Trampın fikrincə, Amerika xalqının və onun prezidentinin siyasəti olan sülh prosesində iştirak etmək istəmədiyini açıq-aşkar sərgilədi”, - Vens bildirib.

Zelenskinin sülh planını müzakirə etməyə hazır olduğunu açıqlayacağı halda, Ağ Evə qayıda bilərmi sualının cavabında Cey Di Vens qeyd edib ki, əgər Ukrayna prezidenti “təfərrüatlara ciddi yanaşarsa” ABŞ yenidən danışmağa hazır olacaq.

- Düşünürəm ki, zəng o, edib ciddi təklif versə, prosesdə necə iştirak edəcək. Baxın, həqiqətən də vacib olan detallar var ki, biz artıq onlarla bağlı ruslarla işləyirik. Bəzi müttəfiqlərimizlə danışdıq, Zelenski detalların müzakirəsinə ciddi şəkildə qoşulmalıdır”, - ABŞ vitse-prezidenti bildirib.

Onun sözlərinə görə, əgər Kiyev Vladimir Putinin bir daha Ukraynanı işğal etməyəcəyinə əminlik üçün real təhlükəsizlik təminatlarının olmasını istəyirsə, ən yaxşı yol amerikalıların Ukraynanın gələcəyində iqtisadi pay sahibliyini təmin etməkdir.

ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırıb
Vens qeyd edib ki, Tramp administrasiyasının mövqeyi bəllidir: ABŞ Ukraynadakı müharibəni sonsuz maliyyələşdirə bilməz və bu, olmayacaq. Avropa liderləri əslində Ukraynaya ziyan vurur. Onların da xalqları müharibəni sonsuz maliyyələşdirmək istəmirlər və amerikalılar da bunu istəmirlər.

“ABŞ, Avropa və Ukraynaya uyğun gələn yeganə maraq bu müharibənin bitməsidir. Zelenski Avropaya gedir, burada onu azadlıq simvolu kimi şişirdirirlər və indən sonra da döyüşməyə sövq edirlər. Bəs bundan sonra nə ilə döyüşülməlidir? Kimin puluna, kimin sursatına və kimin həyatı hesabına?”, - ABŞ vitse-prezidenti Zelenskini müharibəni dayandırmamağa təhrik edənlərə ritorik sual verir.

O, həmçinin vurğulayıb ki, rusların kompromisə hazır olduğuna əmin deyil, lakin bunu yoxlamaq lazımdır və “danışıqlar bunu tapmaq üçün yeganə yoldur”.

“CNN” telekanalı bildirib ki, Cey Di Vensin “Fox News” telekanalı üçün əvvəlcədən yazılan müsahibəsində verdiyi şərhlər ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırılması açıqlanmazdan əvvəl olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Vens   Zelenski   şərtlər  





Xəbər lenti