İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb

Bildirilib ki, Baçiaşvili martın 2-də avtomobildə xüsusi yerdə gizlənərək Gürcüstan gömrükçülərindən yayınıb və Ermənistana keçib.
Qeyd olunub ki, Baçiaşvili Ermənistan sərhədində Rusiya vətəndaşı olmasını təsdiqləyən pasport təqdim edib. Gürcüstan DİN Baçiaşvilinin ölkədən qaçmasına yardım edənlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyini açıqlayıb.
Qeyd edək ki, Baçiaşvili Bidzina İvanişvilinin 8 253.13 bitcoin (2017-ci il dəyəri 39,21 milyon dollar, hazırkı dəyəri 200 milyon dollardan çox) mənimsəməkdə ittiham edilir.
Tbilisi Şəhər Məhkəməsi Baçiaşvilini 2,5 milyon lari girov müqabilində Gürcüstan və Rusiya passportlarını təqdim edərək istintaq müddətində ölkəni tərk etməməsi şərti ilə azadlıqda qalmasını təmin edib.
Baçiaşvili iş üzrə ittihamları rədd edir.
AzVision.az
Teqlər: