Hindistanın türk qorxusu - Mumbaydan baxış

// Hindistanlı ekspert ermənilərə silah satışını şərh edir

   Hindistanın türk qorxusu -    Mumbaydan baxış
  11 Oktyabr 2022    Oxunub:9084
“Hindistan Azərbaycan, Türkiyə, Pakistan və Çin arasında əlaqələrin inkişafından narahat olduğu üçün Ermənistanı dəstəkləyir”.
Bu sözləri AzVision.az -a Mumbay Mərkəzi Avrasiya Araşdırmalar Mərkəzinin (Centre for Central Eurasian Studies) tədqiqatçısı, hindistanlı politoloq Şoayib Xan Hindistanın Ermənistana silah satmasının səbəblərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan və Hindistan arasında son silah sazişi Yeni Delhinin Türkiyənin düşmən qonşuları olan Yunanıstan və Kiprlə strateji əlaqələrini dərinləşdirməyə doğru atdığı addımdır. “Ankaranı Hindistanla bağlı mövqeyinə yenidən baxmağa məcbur etmək üçün bu ölkələrlə də oxşar sövdələşmələrə gedilə bilər”, - Şoayib Xan bildirib.
Ermənistan Hindistanla daha 78 artilleriya qurğusu almağa dair danışıqlar aparır

Hindistanlı ekspertə görə, Azərbaycan və Türkiyə BMT-nin bir çox qətnamələrində (xüsusilə də Kəşmirlə bağlı) Hindistanın əleyhinə, Pakistanın lehinə səs veriblər. Yeni Delhi hesab edir ki, Azərbaycan, Türkiyə, Pakistan və Çinin birləşməsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) üçün bir növ təhlükədir. Qeyd edək ki, INSTC - Hindistanın Mərkəzi Avropa ilə ticarət əlaqələrini çoxrejimli nəqliyyat şəbəkəsi vasitəsilə təmin edən və uzunluğu 7200 km-dən çox olan dəhlizdir.

Hindistanın “Economic Times” nəşrinin məlumatına görə, sentyabr ayında Ermənistan Hindistandan təxminən 245 milyon dollar dəyərində ağır silahlar sifariş edib. 2020-ci ilin mart ayında Ermənistan 40 milyon dollar dəyərində “Swathi Weapons” radiolakasiya sistemini alan ilk beynəlxalq müştəri olmuşdu. “Swathi” quru qoşunlarının istifadə etiyi mərhələli massiv və ya elektron idarə olunan radarların ən son nəslidir.

Samir Vəliyev
AzVision.az


Teqlər: Hindistan   Pinaka  





Xəbər lenti