Prezident Elm Fonduna İcraçı direktor təyin etdi

   Prezident Elm Fonduna İcraçı direktor təyin etdi
  18 Oktyabr 2022    Oxunub:856
Azərbaycan Elm Fonduna İcraçı direktor təyin edilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin olunub.

Qeyd edək ki, 2019-cu ilin sentyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban İmanova Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Cari ilin oktyabrında dövlət başçısının fərmanına əsasən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti