Şagirdi döyən direktorun yerinə təyinat oldu

   Şagirdi döyən direktorun yerinə təyinat oldu
  19 Oktyabr 2022    Oxunub:938
Bir müddət əvvəl sosial şəbəkələrdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın şagirdlərin birini döyməsi və mobil telefonunu qırması barədə məlumat yayılmışdı. Hadisədən sonra direktorun əmək müqaviləsinə xitam verilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, sözügedən məktəbə yeni direktor təyinatı olub.

Belə ki, daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Vəliyeva direktor vəzifəsindən azad edilmiş Çinarə Atayevanı əvəzləyib.



AzVision.az


Teqlər:





Xəbər lenti