Baxıcısını öldürən fili edam etdilər - Tarixi hadisə

 Baxıcısını öldürən fili edam etdilər -    Tarixi hadisə
  19 Oktyabr 2022    Oxunub:1987
Meri adlı fil Amerika Birləşmiş Ştatlarının Tennesi vilayətininin Ervin adlanan bölgəsində Çarli Sparksın səyyar sirkinin baş iştirakçısı idi.1916-cı ilin fevralında Merinin hər zamanki baxıcısı yanında olmadığı üçün, ona təcrübəsi olmayan bir baxıcı təyin edirlər.
Baxıcı fili həvəsləndirmək istədiyi zaman ona səhvən xəsarət yetirir. Aldığı yaranın ağrısından əziyyət çəkən heyvan qəzəblənərək onu əzib öldürür.

Baş verən hadisə ilə bağlı cinayət işi başladılır və fil cinayətdə təqsirkar bilinərək edam cəzasına məhkum edilir.

Təbii ki, çəkisi 5 tondan ibarət olan fili ştativ və kəndirlə asa bilməzdilər. Bu səbəbdən dəmir yolu kranından istifadə etməyə qərar verirlər. İlk cəhddə kranın kəndiri qopur. Yerə düşən Merinin ombası və ayaqları qırılır. Bundan sonra daha möhkəm kəndir tapırlar və ikinci cəhdi həyata keçirirlər. Beləliklə, fil Meri Kingsport meydanında asılaraq edam olunar.



Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti