"Yazmağa belə utanıram" - Terimin nəvəsinin ayaqqabıları satışa çıxarıldı

   "Yazmağa belə utanıram" -    Terimin nəvəsinin ayaqqabıları satışa çıxarıldı
  24 Oktyabr 2022    Oxunub:2209
"Qalatasaray"ın sabiq baş məqşçisi Fatih Terimin qızı Buse Terimin ikinci əl paltarların satıldığı platformada qızının köhnə ayaqqabılarını satışa çıxarması müzakirələrə səbəb olub. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, köhnə ayaqqabılara 2300 lirə (124 dollar) qiymət qoyub.
Bu isə sosial şəbəkə istifadəçiləri tətəfindən sərt tənqidlə qarşılanıb. Buse Terim isə tənqidlərə belə cavab verib: "İllərdir ətrafımdakı bir çox ehtiyacı olan ailələrə kömək edirəm və bunu heç vaxt bəlli etmirəm. İndi bunu yazmağa belə utanıram. Bu platformadan əldə etdiyim gəlirlə hansı qurumları dəstəklədiyimi bilmədən bu şəkildə hədəfə alındığım üçün də çox təəssüflənirəm. Məni, ailəmi, həyatımı və bu mövzulardakı həssaslığımı çox yaxşı bildiyinizi düşünmüşdüm. Çox təəssüf edirəm, görəsən, xəbəri yayanlar bu vicdanla necə yatacaqlar”.

Bu məsələ ilə bağlı xəbərlərə Buse Terimin böyük bacısı Merve Çətin də sərt reaksiya verib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti