“D” vitamini çatışmazlığı ölüm riskini kəskin şəkildə artırır

   “D” vitamini çatışmazlığı ölüm riskini kəskin şəkildə artırır
  26 Oktyabr 2022    Oxunub:1456
Cənubi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, “D” vitamini çatışmazlığı vaxtından əvvəl ölüm riskini, həmçinin xərçəng, ürək xəstəliyi və ya ağciyər xəstəliklərindən ölmə riskini artırır.
Araşdırma “Annals of Internal Medicine” jurnalında dərc olunub. Belə ki, tədqiqat qrupu Britaniya Biobankında “D” vitamininin qan səviyyələri və onların genetik məlumatları olan 307 000-dən çox insan tapıb. Müəyyən olunub ki, genetik olaraq “D” vitamini çatışmazlığına meylli olanların genetik cəhətdən sağlam “D” vitamini səviyyələrini artıran insanlarla müqayisədə hər hansı bir səbəbdən ölmə ehtimalı 25% daha çoxdur.

Genetik olaraq müəyyən edilmiş “D” vitamini çatışmazlığı da insanın ürək-damar xəstəliklərindən ölmə riskini 25%, xərçəngdən 16%, ağciyər xəstəliyindən isə 96% artırır.

Daha böyük çatışmazlıq ölüm şansını yüksəldir. Məsələn, sağlam insanla müqayisədə, ciddi “D” vitamini çatışmazlığı olan xəstənin hər hansı bir səbəbdən və ya ürək-damar xəstəliyindən ölmə ehtimalı altı dəfə, xərçəngdən ölmə ehtimalı üç dəfə və ağciyər xəstəliyindən ölmə ehtimalı 12 dəfə çoxdur.


AzVision.az



Teqlər:





Xəbər lenti