“İranın PUA-ları Ermənistanı xilas etməyəcək”

// Sergey Markov: "Ermənilər Qərbə ümid bəsləyirlər"

 “İranın PUA-ları Ermənistanı xilas etməyəcək”
  26 Oktyabr 2022    Oxunub:1651
“Əlbəttə, Ermənistan İranın pilotsuz təyyarələrindən faydalana bilər. Çünki Türkiyə PUA-larının Azərbaycan ordusunun Ermənistan ordusuna qalib gəlməsində oynadığı rolu İrəvan yaxşı xatırlayır. Amma Ermənistan İranın pilotsuz təyyarələrini almaqda nə qədər israrlı olsa da, bu onu xilas etməyəcək. Paşinyan bunu çox gözəl anlayır”.
Bu sözləri AzVision.az -a açıqlamasında rusiyalı politoloq Sergey Markov İranın Ermənistana öz pilotsuz uçan aparatlarını verməsi ehtimalını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu öz gücünü təkcə Türkiyə pilotsuz təyyarələrindən almır, o, bir çox cəhətdən Ermənistan ordusundan güclüdür, ona görə də, İrəvan Bakı ilə döyüşməyi planlaşdırmır.

“Hazırda görürük ki, Ermənistan rəhbərliyi bütün səylərini Qafqazda başqa bir ordunun erməni maraqları uğrunda Azərbaycana qarşı vuruşmasını təmin etməyə yönəldib. Onların rus ordusuna ümidləri var idi, lakin Rusiya öz ordusunu Ermənistanın maraqları uğrunda döyüşə göndərməkdən imtina etdi. Odur ki, indi Fransa və ya Amerika ordusuna, yaxud da ABŞ və Fransaya tabe olan başqa ordulara ümid bəsləyirlər.


Ermənistan bu gün İranın pilotsuz təyyarələrinə deyil, ABŞ və Fransaya ümid bağlayıb. ABŞ İranla ciddi münaqişədə olduğu üçün Ermənistanın İranın pilotsuz təyyarələrini alması onun Qarabağ münaqişəsində və bütövlükdə Cənubi Qafqazda ABŞ-dan Azərbaycana qarşı istifadə etmək planlarını puça çıxara bilər.
İrandan MAQATE-yə cavab: Yeni sentrifuqalar işə salınır

Ermənistanın İranın pilotsuz təyyarələrinin almağa böyük risk edəcəyi ehtimalı aşağıdır, bəlkə də, İranın Ermənistanın tərəfində olduğunu nümayiş etdirmək üçün bir neçə ədəd alacaq. Amma Ermənistan İranın pilotsuz təyyarələri ilə Azərbaycanı məğlub edə bilməyəcək, əksinə, amerikalıları və fransızları Azərbaycanla münaqişəyə cəlb etməyə çalışacaq”,- Markov belə hesab edir.

Murad Nəcəfov
AzVision.az


Teqlər: İran   Ermənistan  





Xəbər lenti