Ali məktəblərə 70,6 milyon manat subsidiya ayrılacaq

   Ali məktəblərə 70,6 milyon manat subsidiya ayrılacaq
  03 Noyabr 2022    Oxunub:1105
Gələn il bir sıra ali təhsil müəssisələrinin xərclərinin müəyyən hissəsinin örtülməsi üçün 2023-cü ilin dövlət büdcəsindən onlara 70,6 milyon manat məbləğində maliyyə yardımı (subsidiya) nəzərdə tutulub.
AzVision.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb. Bu, cari illə müqayisədə 10,4 milyon manat və ya 17,2 faiz çoxdur.

Eyni zamanda, 2023-cü ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,2 milyon manat məbləğində müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti