Hindistanda içki içən fillər sərxoş oldu

Hindistanda içki içən fillər sərxoş oldu
  11 Noyabr 2022    Oxunub:969
Hindistanda 24 fil evdə hazırlanmış içki içərək meşədə yuxuya gedib.
Hadisə Odişa ştatının Keonjar rayonundakı kənddə baş verib. Yerli sakinlər mahua adlı içki üçün həlim dəmləyib və mayeni böyük qablara qoyublar. Səhər qayıdanda sınmış qablar, sonra isə yatmış fillər - doqquz erkək, altı dişi və doqquz bala aşkarlayıblar.

Yerli sakinlər əraziyə meşə idarəsinin əməkdaşlarını çağırıblar. İşçilər nağaraların köməyi ilə heyvanları oyatmağa nail olublar.

AzVision.az



Teqlər:





Xəbər lenti