Pələng sirk ustasının üzünü parçaladı - VİDEO

Pələng sirk ustasının üzünü parçaladı -    VİDEO
  15 Noyabr 2022    Oxunub:1689
Məşhur rusiyalı heyvan əhliləşdirən mütəxəssis, sirk ustası Edqard Zapaşnı pələnglə məşq zamanı xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb. Zapaşnı yaydığı videoda qeyd edir ki, "Pələng üzümdən yapışdı... Pəncəsini yellədi. Amma bu qəsdən deyil, təsadüfən baş verdi".

Kadrlarda Zapaşnının üzündə qanlı cızıqlar və kəsiklərin olması aşkar görünür. Onun sözlərinə görə, yırtıcı gənc köməkçisinin onun diqqətini yayındırdığı an pəncəsi ilə xəsarət yetirib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Pələng  





Xəbər lenti