“Həci pivəsi”nin bilmədiyiniz iki faydalı xüsusiyyəti

   “Həci pivəsi”nin bilmədiyiniz iki faydalı xüsusiyyəti
  19 Noyabr 2022    Oxunub:1736
Alkoqolsuz pivənin tərkibində az miqdarda B vitaminləri var ki, bu da sinir sisteminə faydalı təsir göstərir və stress səviyyəsini azaltmağa kömək edir.
Bu barədə “Doktor Piter” portalına narkoloq Marina Kalyujnaya məlumat verib. Alkoqolsuz pivədə və B vitaminlərində olan antioksidanlar stress və əsəbiliklə uğurla mübarizə aparır, içki isə çəki artımına səbəb olmur. Alkoqollu pivədən fərqli olaraq onun kalorisi azdır.

Həkim bildirib ki, alkoqolsuz pivənin ürək-damar sisteminə təsiri təəccüb doğurur. Bəzi hallarda o, infarkt keçirmiş insanlar üçün təyin olunan laxtalanma əleyhinə dərmanları əvəz edə bilər.

Narkoloq xəbərdarlıq edib ki, alkoqolsuz pivəyə “dadanmaq” olmaz. Tərkibində kişilərdə testosteron istehsalına maneə törədən fitoestrogenlər var. Pivə həmçinin kişilərdə “qarnın çıxarır”. Qadınlarda isə içki hormonal balanssızlığa səbəb ola bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti