“Eurovision 2014”ün qalibi transseksual müğənni kimdir? - FOTOLAR

“Eurovision 2014”ün qalibi transseksual müğənni kimdir? - FOTOLAR
  11 May 2014    Oxunub:6684
“Eurovision 2014”müsabiqəsinin qalibi Avstriyanı təmsil edən transseksual müğənni Conçita Vurst (Conchita Wurst ) oldu.
Transseksual müğənni yarışmaya qatıldıqdan bəri daha çox cinsi azlıqların rəğbətini qazanıb və 10 mayda keçirilən final yarışmasında 290 səslə birinci yeri qazanıb.

AzVision.az Azərbaycanda da böyük müzakirələrə səbəb olan Conçita Vurst haqqında məlumatları oxuculara təqdim edir:

1988-ci ildə Avstriyanda anadan olan Conçita Vurstun əsl adı Tomas "Tom" Nyuvirtdir. Öz adından və saqqallarından da göründüyü kimi müğənni transseksualdır.

2006-cı ildə Avtriyada keçirilən “Starmania” adlı televiziya mahnı müsabiqəsində ikinci yeri qazanıb. 2007-ci ildə “Jetzt anders” adlı ancaq oğlanlardan ibarət musiqi qrupu yaratsa da, bu uğurlu olmayıb və elə həmin il qrup dağılıb.

2011-ci ildə ilk dəfə Conçita Vurst adı ilə Avtriyanın beynəlxaq kanalı olan ORF-nın hazırladığı “Die große Chance” adlı müsabiqədə iştirak edib.

Daha sonra 2012-ci ildə Avstriyanı “Eurovision” Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçimlərə iştirak edib və ikinci yeri qazanıb.

2013-cü ilin sentyabrın 10-da isə Avstriya Conçita Vurstu “Eurovision 2014” təmsilçisi kimi elan etdi.

Qeyd edək ki, Conçita Vurstun müsabiqədə iştirak etməsi Avropa ölkələrini iki yerə böldü. Bəziləri onun müsabiqədən kənarlaşdırılmasını istədi və bəziləri isə cinsi azlıqlarının qələbəsi kimi müğənninin müsabiqədə iştirakının vacib olduğunu bildirdilər.

Müğəninin fotolarını təqdim edirik:
Sevinc

Qalereya




Teqlər:  





Xəbər lenti