“Telegram”da istifadəçi adı rekord qiymətə satıldı

“Telegram”da istifadəçi adı rekord qiymətə satıldı
  20 Noyabr 2022    Oxunub:1353
“Telegram” üçün @news istifadəçi adı “Fragment” auksionunda 994 min TONa (təxminən 3 milyon manata) satılıb.
Onun yeni sahibi hazırda hesabında 20,9 milyon TON olan istifadəçidir. Adın sahibinin ixtiyarında @pasta, @pizza, @discount, @insurance və digər unikal qısa adlar da var.

Qeyd edək ki, əvvəlki rekord 900 min TON (təxminən 2.75 milyon manat) olmaqla @auto istifadəçi adına məxsus idi.

AzVision.az


Teqlər:





Xəbər lenti