Barro: "İsrail və "Hizbullah" fürsətdən yararlanmalıdır" |
“Niyə Avropa İttifaqının digər ölkələri bunu etmirlər? Çünki beynəlxalq hüququn prinsiplərinə hörmət qoyurlar. Niyə Fransa, İran və Rusiya Ermənistanı dəstəkləyirlər? Bir-birilə qarşıdurma vəziyyətində olan bu ölkələri birləşdirən tellər Ermənistanı gizli fəaliyyətə sövq edir”, - o qeyd edib.
Politoloq bildirib ki, erməni diasporu İranda, Rusiyada və bir sıra başqa ölkələrdə fəaliyyət göstərir. Fransanın dövlət orqanlarında Ermənistanın maraqlarını təbliğ edir: “Məsələn, fransız müğənni Şarl Aznaur 1990-cı illərdə bütün İrəvanın elektrik şəbəkəsini öz hesabına saxlayırdı. Bundan sonra ermənilərlə Fransa arasındakı münasibətləri təsəvvür etmək çətin deyil. Məncə, Fransanın Azərbaycana qarşı ikili standartlarının kökləri buradadır”.
Samir Vəliyev