Məktəblərdə tənəffüs vaxtlarının artırılmasına baxıla bilər

Məktəblərdə tənəffüs vaxtlarının artırılmasına baxıla bilər
  25 Noyabr 2022    Oxunub:903
"Məktəblərdə tənəffüs vaxtlarının artırılması ilə bağlı təkliflər olsa, bu məsələyə baxıla bilər".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, bu məsələni məktəb rəhbərliyi ilə valideynlər tənzimləyə bilər:

"Əgər məktəb rəhbərliyi düşünürsə ki, bu məsələni tənzimləyə bilər, o zaman bununla bağlı məsələyə baxa bilərlər. Bu gün ölkədə məktəb saylarının çox olması birnövbəli əsasda həyata keçirilir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti