Nazir: "Bakı məktəbləri ilə bağlı bir neçə mif var"

      Nazir:    "Bakı məktəbləri ilə bağlı bir neçə mif var"
  25 Noyabr 2022    Oxunub:1091
"Məktəb avtobuslarının olması yol xəritəsində var. Lakin onların hazırda effektiv olması sualdır. Çünki bir məktəbə Bakının dörd tərəfindən şagird gəlir".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, sıxlıq valideynlərin uşaqları üçün məktəb seçimi ilə bağlıdır.

"Bir çox ölkələr ciddi və sərt məktəb seçimi qaydası tətbiq ediblər. Yəni şəxslər yalnız yaşadığı yerdə övladını məktəbə qoyur. Yəni avtobus uşağı istədiyi evdən istədiyi məktəbə gətirmir. Bakı məktəbləri ilə bağlı bir neçə mif var və hər il avqust ayında məsələ qaldırılır ki, "hansı məktəb yaxşıdır, ora uşağı qoyum". Ən yaxşı məktəb, evin yaxınlığındakı məktəbdir və şagird stress keçirmir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti