Hər 4 müəllimdən biri minimal balı toplaya bilməyib - NAZİR

   Hər 4 müəllimdən biri minimal balı toplaya bilməyib -    NAZİR
  15 Dekabr 2022    Oxunub:1035
“İmtahandan keçən müəllimlərin 49%-i əmək haqlarına 10%, 27%-i isə 35 % əlavə almağa başlayıb”.
AzVision.az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Bu yaxşı göstəricidir, xüsusilə kənd yerində dərs deyən müəllim üçün. Amma gəlin, baxaq imtahanda iştirak edən hər 4 müəllimdən biri, yəni 24%-i minimal balı toplaya bilməyib. Bu o deməkdir ki, müəllimlər öz fənləri ilə bağlı ən sadə suallara cavab verə bilməyib”,- nazir çıxışında bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti