"Ən çox şikayət yaşlı müəllimlərlə bağlıdır" - Nazir

  "Ən çox şikayət yaşlı müəllimlərlə bağlıdır" -    Nazir
  15 Dekabr 2022    Oxunub:1202
“Bu gün uşaqların günahı yoxdur ki, ona yaşlı müəllim dərs deyir. Bizə ən çox şikayət bununla bağlı gəlir”.
AzVision.az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

"Sertifikasiyada iştirak edən 1653 müəllimin 60-dan yuxarı yaşı var. Uşaqlar bizim gələcəyimizdir. Bu gün uşaqlar günahkar deyil. Hətta bu gün onlara çox da icazə verilmir ki, bu barədə səslərini çıxarsınlar. Amma biz onları düşünməliyik. Statistikaya baxsaq, görərik ki, yeni nəsil öz fənnini daha yaxşı bilir. Sertifikasiyada 25-29 yaşlı müəllimlərin arasında cəmi 3 nəfər 30-40 bal yığıb, bu da yaxşı nəticədir”, - deyə nazir bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti