Zooparkdan qaçan şimpanzeləri güllələdilər

Zooparkdan qaçan şimpanzeləri güllələdilər
  17 Dekabr 2022    Oxunub:1868
İsveçin Furuvik zooparkından 4 şimpanze qaçıb. AzVision.az xəbər verir ki, bu barədə “Expressen” qəzeti zooparkın direktoru Sandra Uilke istinadən məlumat yayıb.
Qeyd edilir ki, artıq onlar insanlara təhlükə yarada bildikləri üçün güllələniblər.

Uilk qeyd edib ki, bu meymunlar şimpanzelərin saxlandığı xüsusi ərazidən çıxdıqdan sonra həm parkda, həm də parkdan kənarda olan insanlar üçün ciddi təhlükə yarada bilər.

- Bəli, meymunlarımız həmin saxlanma bölgəsindən kənara çıxa bilərlər. O zaman bu kritik bir vəziyyət sayılır. Onları güllələməkdən başqa çarə qalmır. Baş verənlər faciədir. Yaranmış vəziyyət bizi son dərəcə kədərləndirdi və bu, bizim tərəfimizdən ciddi uğursuzluq sayılır, - direktor vurğulayıb.

Qeyd edilir ki, hazırda zooparkda 3 şimpanze qalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zoopark  





Xəbər lenti