Mask tviterin rəhbəri vəzifəsindən gedir

Mask tviterin rəhbəri vəzifəsindən gedir
  21 Dekabr 2022    Oxunub:1531
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviterin rəhbəri vəzifəsini tərk edəcək.
Bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb. İ.Mask qeyd edib: “Bu işi götürəcək qədər axmaq birini tapan kimi tviterin baş direktoru vəzifəsini tərk edəcəyəm”.

O, hazırkı vəzifəsini tərk etdikdən sonra şirkətin proqram təminatı və serverlərə texniki xidmət departamentlərinə rəhbərlik edəcəyini əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti