Bakıda məktəblərdə işləyən şəhid və qazi ailəsinin sayı açıqlandı

Bakıda məktəblərdə işləyən şəhid və qazi ailəsinin sayı açıqlandı
  26 Dekabr 2022    Oxunub:2021
Bu il paytaxt məktəblərində 290 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.
AzVision.az xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır.

Belə ki, 2022-ci təqvim ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 290 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti