Boksçularımız 14 medalla birinci oldu

Boksçularımız 14 medalla birinci oldu
  15 May 2014    Oxunub:1369
Bakı Olimpiya Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə yekun vurulub.

AzVision.az xəbər verir ki, 13 çəki dərəcəsi üzrə keçirilən yarışda 12 ölkənin 150 idmançısı mübarizə aparıb. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Fransa, Finlandiya, Rusiya, Qazaxıstan, Macarıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İrlandiya və Latviya idmançıları güclərini sınayıblar.

Komandamız yarışda 5 qızıl, 1 gümüş və 8 bürünc medala sahib olub. Boksçularımızdan Malik Həsənov (48 kq), Ramazan Abdullayev (50 kq), Elton Məmmədov (52 kq), Pərviz Quliyev (63 kq), Şamil Səfərəliyev (80+kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız Ozcan Kərimov finalda Rusiya boksçusuna məğlub olaraq, gümüş medala layiq görülüb. Rauf Mansurzadə (48 kq), Şamil Məmmədov (52 kq), Mahir Mahmudov (57 kq), Ayxan Tağızadə (60 kq), Cavid Məmmədov (66 kq), Rasim Çobanlı (70 kq), Hacı Dilbazov (70 kq), və Məhəmməd Abdullayev (80+kq) bürünc medalla kifayətləniblər.

Ümumkomanda hesabında Azərbaycan 1-ci, Qazaxıstan 2-ci, Rusiya isə 3-cü yeri tutub. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış senryabrda Rusiyanın Anapa şəhərində keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb. (anspress)


Teqlər:





Xəbər lenti