“Vikipediya” təlimlərində fərqlənən növbəti qrupa sertifikatlar verilib

“Vikipediya” təlimlərində fərqlənən növbəti qrupa sertifikatlar verilib
  30 Dekabr 2022    Oxunub:2011
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərində fərqlənən könüllülərə ilin son sertifikatları təqdim olunub.
AzVision.az xəbər verir ki, budəfəki “Vikipediya” təlimlərində AMEA-nın bir sıra institutunun əməkdaşları, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri, eləcə də “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri iştirak ediblər.

Təlimləri uğurla başa vuranlara Vikipediyanın Azərbaycan bölməsində yaratdığı məqalələrə, bununla da Azərbaycanın informasiya kontent təhlükəsizliyinə verdiyi dəyərli töhfəyə görə MEK və “Qorqud” Vikipediya Metodik Klubu tərəfindən sertifikatlar təqdim edilib.
Sertifikatları MEK-in baş direktoru, professor Məmməd Əliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Qorqud” Vikipediya Metodik Klubunun yaradımasının təşəbbüskarı, Milli Məclisin Deputatı Elnur Allahverdiyevin köməkçisi Rüstəm Qaraxanlı, Bakı Biznes Universitetinin Elmi Şurasının elmi katibi, i.ü.f.d. Şahin Musayev və Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk təqdim ediblər və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.


AzVision.az



Teqlər: MEK  





Xəbər lenti