Dünyada ilk: Robot məhkəmədə vəkil olacaq

      Dünyada ilk:    Robot məhkəmədə vəkil olacaq
  06 Yanvar 2023    Oxunub:2108
Bu ilin fevral ayında müttəhimə süni intellektlə məsləhət veriləcəyi üçün tarixə düşəcək məhkəmə iclası keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə DailyMail məlumat yayıb.
Dünyanın ilk robot hüquqşünası DoNotPay müttəhimin smartfonunda işləyəcək və arqumentlərdə nə deyəcəyi ilə bağlı müştərisinə təlimat vermək üçün şərhlərə qulaq asacaq.

Məhkəmənin dəqiq işi və yeri gizli saxlanılır. Bununla belə, “New Scientist” nəşri güman edir ki, söhbət sürət həddinin aşılmasından gedir.

Xatırladaq ki, əvvəlcə DoNotPay robotu Böyük Britaniyada parkinq cərimələrinə etiraz etmək üçün yaradılmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti