Azərbaycan Gürcüstana və Rusiyaya sulfat turşusu ixrac edəcək

   Azərbaycan Gürcüstana və Rusiyaya sulfat turşusu ixrac edəcək
  26 Yanvar 2023    Oxunub:1190
Azərbaycan Gürcüstana və Rusiyaya sulfat turşusu ixrac edəcək.
AzVision.az xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azərsulfat " MMC-nin direktoru Emin Quliyev deyib. Onun sözlərinə görə, sulfat turşusunun xaricə ixracı üçün sənədləşmə işlərinə başlanılıb: "Gürcüstanın "Rustavi" azot istehsalı müəssisəsi ilə müqavilə bağlanıb. İllik 7500 ton məhsul ixrac edilməsi nəzərdə tutulur. Eyni zamanda Rusiyanın bir neçə müəssisə ilə danışıqlar aparılır. Sulfat turşusunun sənədləşmə prosesi çətindir. Xarici dövlətlərdən kvota alınmalıdır. Artıq sənədləşmə bitmək üzrədir. İlk partiyada Gürcüstana 250-300 ton sulfat turşusu ixrac ediləcək. Rusiya ilə müqavilələr bağlanıldıqdan sonra illik 6 min ton sulfat turşusu göndəriləcək"

Zavodun direktoru qeyd edib ki, müəssisənin illik istehsal gücü 20 min tondur, bunun 10 min tonu yerli istehsala, 10 min tonu isə ixrac üçün nəzərdə tutulub: "Bu günə qədər Azərbaycana sulfat turşusu 100 faiz idxal edilirdi, zavod fəaliyyətə başlayandan sonra yerli təlabat tam olaraq ödənilir. Birinci partiya SOCAR Metanol zavoduna göndərilib".

Qeyd edək ki, "Azərsulfat" Zavodunun təməli 18 yanvar 2021-ci ildə qoyulub, müəssisənin 36 iş yeri movcuddur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti