Robotlar sürətlə insanları işsiz qoyur: Süni zəka 30 saniyəyə məqalə yazdı

 Robotlar sürətlə insanları işsiz qoyur:    Süni zəka 30 saniyəyə məqalə yazdı
  02 Fevral 2023    Oxunub:1908
Neyro şəbəkə sürətlə insan şüurunu üstələməyə başlayır. Dünyada məşhur olan ChatGPT söhbət botu buna sübutdur. Süni zəka rekordları qırmaqda davam edir.
Bu yaxınlarda neyroşəbəkə ABŞ-ın ən prestijli məktəblərindən sayılan Uorton Biznes Məktəbində magistr imtahanından uğurla keçib. NBC telekanalı qeyd edir ki, bot biznesin idarə edilməsi ixtisası üzrə imtahanların öhdəsindən “asanlıqla” gəlib. ChatGPT imtahandan yaxşı qiymıt alıb.

Son olaraq neyron şəbəkəsi bir jurnalist üçün 600 dollara başa gələn bütöv bir marketinq məqaləsi yazmaqla məşhurlaşıb. Bu, ona 30 saniyəyə başa gəlib. "The Guardian" jurnalisti ChatGPT-nin bənzərsiz "düşüncəsinə" heyran olub. O, süni zəkanın onu sözün əsl mənasında işdən çıxara biləcəyinə şübhə etdiyini də vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti