Azərbaycan çempionatı: mövsüm bitdi

Azərbaycan çempionatı: mövsüm bitdi
  18 May 2014    Oxunub:1204
Bu gün Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub. Sonuncu - 36-cı turun bütün oyunları eyni gündə baş tutub.
"Qəbələ" öz meydanında "Sumqayıt"la, "Neftçi" isə səfərdə "Simurq"la qarşılaşıb. "Neftçi" və "Qəbələ" müvafiq olaraq turnir cədvəlinin 3-cü və 4-cü pillələrində qərarlaşdığından bu oyunlar bürünc medalı qazanmaq baxımından hər iki komanda üçün əhəmiyyətli idi.

"Neftçi" səfərdə "Simurq"un müqavimətini qıra bilməyib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq oyunda qapılara qol vurulmayıb - 0:0.

Bundan maksimum istifadə edən "Qəbələ" klubu öz meydanında "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarına sahib çıxıb.

Bu qarşılaşmalarla eyni saatda baş tutacaq AZAL - "İnter" matçı formal xarakterli olub. Artıq gümüş medalları özü üçün təmin edən Kaxaber Sxadadzenin komandası bu oyuna əsasən ikinci heyətlə çıxıb. Lakin qələbəyə həsrət qalan AZAL klubu "İnter"ə də məğlub olmaqla mövsümü 8-ci pillədə başa vurub.

Daha bir oyunda "Rəvan" "Bakı"nı qəbul edib. Meydan sahibləri elitanı tərk etməmək üçün mütləq qalib gəlməli və "Sumqayıt"ın "Qəbələ"yə məğlub olmağını gözləməli idi. Lakin paytaxt derbisi "Rəvan"ın məğlubiyyəti ilə başa çatıb - 2:3.

Günün və mövsümün son oyunu isə mərkəzi arenada keçirilib. Burada çempionluğunu rəsmiləşdirən "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. "Qarşılaşma Lənkəran təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Qarabağ" - "Xəzər Lənkəran" matçından sonra Ağdam təmsilçisinə çempionluq kuboku təqdim olunacaq.


Teqlər:  





Xəbər lenti