Tibbdə ilk: Böyrək hüceyrələri bərpa olundu

   Tibbdə ilk:    Böyrək hüceyrələri bərpa olundu
  04 Fevral 2023    Oxunub:1603
Alimlər dünyada ilk dəfə böyrək hüceyrələrinin bərpasının mümkün olduğunu sübut ediblər.
AzVision.az xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında qeyd olunub.

Sinqapur Milli Ürək Mərkəzindən və Almaniyadan olan mütəxəssislərdən ibarət alimlər qrupunun apardığı tədqiqatın nəticələrində qaraciyərdə, ağciyərdə və ürəkdə, həmçinin kəskin və xroniki böyrək xəstəliklərində çapıqlara səbəb olan IL-11 zülalına diqqət yetirilib. Tədqiqatçılar müəyyən ediblər ki, bu zülal böyrəklər zədələndikdə molekulyar proseslər zəncirini işə salır, bu, iltihaba, fibroza və orqan funksiyalarının itirilməsinə səbəb olur. Lakin, proses IL-11-ə bağlanan antikorun tətbiqi ilə bloklandıqda, böyrək borucuqlarının hüceyrələrinin yayılması (toxumanın böyüməsi), həmçinin iltihabın bərpası və aradan qaldırılması baş verir ki, bu da böyrəkləri sağlam vəziyyətə qaytarır.

Alimlərə görə, onların kəşfi xroniki böyrək xəstəliklərinin müalicəsinin mövcud üsullarına yenidən baxmağı zəruri edir.

AzVision.az



Teqlər:





Xəbər lenti