Təyyarədə ən təhlükəsiz yer buradır

Təyyarədə ən təhlükəsiz yer buradır
  08 Fevral 2023    Oxunub:2103
Qəza zamanı təyyarədə ən təhlükəsiz yer sonuncu sıranın orta oturacağı olduğu məlum olub.
Bu barədə CQUniversitetinin Aviasiya departamentinin rəhbəri Daq Druri (Doug Drury) bildirib.

Amerika Federal Hava Nəqliyyatı İdarəsinin məlumat bazasından 35 ilin qəzalarını nəzərdən keçirən "Time" jurnalı bu qənaətə gəlib ki, ən təhlükəsiz oturacaqlar arxa sıraların ortasına düşüb. Amma, əlbəttə ki, bunun qarantiyası yoxdur. Arxa oturacaqlarda ən aşağı ölüm nisbətinin 28 faiz olduğu açıqlanıb. Druri bunun təyyarənin çıxışına yaxın olması ilə bağlı olduğunu qeyd edib.

Əslində qəza baş verərkən insanı ölümdən və ya yaralanmaqdan qoruyacaq xüsusi oturacaqlar yoxdur. Təyyarə qəzaları nadir hadisə olsa da, hər bir qəza fərqlidir.

Əlbəttə ki, təcili vəziyyətlərdə ehtiyat çıxışa nə qədər yaxın olsanız, təyyarədən çıxmaq imkanınız daha böyük olar, amma düz çıxışın yanındakı oturacaq tamamilə fərqlidir.

Lakin bir sıra hallarda təyyarə heyəti ehtiyat çıxışın ağzında oturan sərnişinlərin başqalarının çıxışına kömək etmələrini istəyir.

“Sərnişin təyyarənin ön hissəsinə daha yaxın olarsa, arxada oturanlardan əvvəl onlara təsir edə bilər. Orta oturacaqların təhlükəsizliyi isə hər iki tərəfdə oturan insanlar tərəfindən sərnişinə verilən buferlə bağlıdır”, - mütəxəssis aydınlaşdırıb.

Müəllif müxtəlif tipli təyyarələrin təhlükəsizliyə təsirini də izah edib. Onun sözlərinə görə, texniki cəhətdən bütün laynerlər oxşardır, lakin daha böyük olanlar hündürlükdə təzyiqə daha yaxşı dözə bilir və əlavə qoruma təmin edir. Eyni zamanda Druri qeyd edib ki, hər şey fövqəladə vəziyyətin şiddətindən asılıdır.

“Bu o demək deyil ki, siz növbəti uçuşunuzu tapa biləcəyiniz ən böyük təyyarədə bron etməlisiniz. Dediyim kimi, hava nəqliyyatı təhlükəli olaraq qalır”, - ekspert deyib.(lent.az)


Teqlər:





Xəbər lenti