Dünyanın ən böyük pinqvinin qalıqları tapıldı - 154 kilo olub

Dünyanın ən böyük pinqvinin qalıqları tapıldı -    154 kilo olub
  09 Fevral 2023    Oxunub:2054
Yeni Zelandiyada dünyanın ən böyük pinqvininin qalıqları tapılıb.
AzVision.az xəbər verir ki, daşlaşmış qalıqlar dəniz sahilində aşkarlanıb. Alimlərin fikrincə, pinqvin 154 kiloqram ağırlığında olub və 50 milyon il əvvəl yaşayıb. Belə bir ağırlıqda olan pinqvin, onun indiki nəsli kimi, uça bilmirmiş. Ancaq heyvan daha yaxşı suda qala və həddindən artıq soyuqda bədən istiliyini daha uzun müddət saxlaya bilirmiş.

Tapılan nadir nümunə yeni "Kumimanu fordycein" növünə aid edilib. “Journal of Paleontology” yazır ki, bu, elmə məlum olan ən böyük pinqvin sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Pinqvin  





Xəbər lenti