Emin Əmrullayevdən həlak olan tələbələrlə bağlı paylaşım - FOTO

   Emin Əmrullayevdən həlak olan tələbələrlə bağlı paylaşım -    FOTO
  15 Fevral 2023    Oxunub:1730
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyədə baş verən zəlzələ zamanı həlak olan dörd tələbənin ailələrinə başsağlığı verib.
AzVision.az xəbər verir ki, o, bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

“Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin həlak olmasından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik”, - deyə nazir qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti