Veqanlar iqlimə ət yeyənlərdən daha çox zərər verir

   Veqanlar iqlimə ət yeyənlərdən daha çox zərər verir
  18 Fevral 2023    Oxunub:4975
Corciya Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, veqanlar planetə orta miqdarda ət yeyəndən daha çox zərər verir.
Araşdırma "Journal of Political Ecology"də dərc olunub. Heyvandarlıq qlobal iqlim dəyişikliyinə mühüm töhfə verən istixana qazlarının əsas mənbələrindən biridir. Buna görə də bir çox insanlar ət və digər heyvan məhsullarından imtina edirlər.

Alimlər müəyyən ediblər ki, veganların kifayət qədər zülal almaq üçün istifadə etdiyi soya məhsullarının çoxu istehlakçıdan uzaqda istehsal olunur. Ən çox - Hindistan, Malayziya və Nigeriyada. Bunun üçün böyük meşə sahələri kəsilir. Beləliklə, vegeterianlar istəmədən bu ölkələrin sakinlərinə zərər verə bilərlər.

Bundan əlavə, məhsulların daşınması özü də istixana qazlarının emissiyası ilə bağlıdır. Vegan pəhrizinin digər ümumi komponenti olan palma yağının daşınması da zərər verir.

Tədarük zəncirləri qısa olan kiçik heyvandarlıq təsərrüfatları böyük istehsalçılara nisbətən ətraf mühitə daha az zərər verə bilər, buna görə də planet üçün ümumi orta səviyyədə ət istehlakı, kütləvi şəkildə vegan olmaqdan daha yaxşıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti