Sevgilisinə onun nənəsindən oğurladığı pulla hədiyyə aldı

Sevgilisinə onun nənəsindən oğurladığı pulla hədiyyə aldı
  18 Fevral 2023    Oxunub:1506
Rusiyada maraqlı və gülməli cinayət hadisəsi baş verib. Yekaterinburq polisinin yaydığı məlumata görə, sevgilisinin mənzilindən 500 min rubl oğurlamaqda şübhəli bilinən 20 yaşlı Kamensk-Uralski sakini barəsində cinayət işi açılıb.
Qeyd edilir ki, 18 yaşlı tələbə qız polisə müraciət edib. O, mənzilindən pul və qızıl üzüyün yoxa çıxdığını deyib. Qızın ehtimalına görə, oğurluqda onunla birlikdə yaşayan gəncin əli olub. Şikayətçinin nənəsi bir müddət öncə qiymətli əşyaları saxlamaq üçün birinci kurs tələbəsinə təhvil veribmiş.

Oğlan isə qızın əmanəti-pulu saymamasından istifadə edərək üç ay ərzində paketdən bir neçə dəfə oğurluq edib. Hiyləgər sevgili onları təkcə özünə deyil, həm də qıza xərcləyib. Yalnız üzük itdikdən sonra qızda şübhələr yaranıb. Təxminən 500 min rublun əskik olduğu ortaya çıxanda o, polisə müraciət etmək qərarına gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Oğurluq  





Xəbər lenti