Mavi nişan "Facebook" və "İnstagram"da pullu olacaq

   Mavi nişan "Facebook" və "İnstagram"da pullu olacaq
  20 Fevral 2023    Oxunub:1634
"Twitter"dən sonra "Facebook" və "İnstagram"da da mavi nişan işarəsi aylıq abunəlik qarşılığında pul ilə satılacaq. İOS istifadəçiləri üçün 3 dollar artıq ödəniş edəcəklər.
AzVision.az xəbər verir ki, bunun üçün istifadəçilər 12 dollar ödəmək məcburiyyətində qalacaq.

Şirkətin rəhbəri Mark Zukerberq "Facebook" da bildirib ki, bu həftədən etibarən istifadəçilər şəxsiyyət vəsiqəsi ilə "Meta Verified funksiyasını" aktivləşdirə və mavi nişan əldə edə bilərlər.

Yeni funksiyadan ilk olaraq Avstraliya və Yeni Zelandiya sakinləri istifadə edəcəklər, sonra isə tezliklə digər ölkələrdə də tətbiq ediləcək.

Qeyd edək ki, ilk olaraq "Twitter" daha ödənişli abunə tətbiqini elan edib. Belə ki, sosial şəbəkənin sahibi İlon Mask "Twitter Blue" üçün istifadəçilərin 8 dollar ödəməli olduğunu bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti