Azərbaycanda ən çox 100 manatlıq əskinazlar saxtalaşdırılır

   Azərbaycanda ən çox 100 manatlıq əskinazlar saxtalaşdırılır
  20 Fevral 2023    Oxunub:1381
Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ümumilikdə 452 saxta pul nişanı aşkar edilib, bunun 323-ü 100 manatlıq pul nişanı olub.
AzVision.az xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.

Onun sözlərinə görə, 2021-ci ildə isə ümumilikdə 358 saxta pul nişanı aşkar edilib ki, bunun da 282-si 100 manatlıq pul nişanı olub.

"2006-cı ildən 2022-ci ilə qədər Mərkəzi Bank tərəfindən 10 095 ədəd saxta pul aşkar edilib. Son 4 ildə saxta pullar üzrə 20 cinayət işi açılıb. 2017-ci ildən başlayaraq son 4 ildə milli valyutanın saxtalaşdırılnasına azalma olsa da, son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanlarının artım tempi müşahidə edilir. Tədavüldə hər 660 minədək kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb", - deyə N.Pənahlı bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti