“Atletiko” “Real”a meydan oxudu

“Atletiko” “Real”a meydan oxudu
  20 May 2014    Oxunub:1301
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının finalında qarşılaşacaqları Madrid "Real"ı ilə oyun haqda danışıb.
AzVision.az məlumatına görə, argentinalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında matçın taleyini yarımmüdafiə xəttinin həll edəcəyini bildirib:

"Finalda şansları 50-nin 50-yə görürəm. "Real"ın fərdi baxımdan güclü futbolçuları var. Lakin biz də bu oyuna yaxşı köklənmişik. Düşünürəm ki, matçın taleyini yarımmüdafiə xətti həll edəcək. Artıq formanı geyindikdə oyuna köklənirsən. Lakin rəqibin kim olduğunu unutmamalısan".

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu mayın 24-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti