Bezos Parisdə Makronla gizli görüşdü

   Bezos Parisdə Makronla gizli görüşdü
  25 Fevral 2023    Oxunub:1292
Amerikalı milyarder, İT nəhəngi Amazon-un qurucusu Ceff Bezos Parisdəki Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla gizli görüş keçirib.
Bu barədə “ Le Point ” məlumat yayıb. Makron fevralın 16-da gizli özəl mərasimlə Amazon qurucusuna “Fəxri legion” ordeni mükafatını təqdim edib.

Qeyd olunub ki, yalnız kiçik bir qonaq qrupunun iştirak etdiyi mərasim Fransa prezidentinin mətbuat xidməti tərəfindən açıqlanmayıb və Makronun rəsmi təqvimində yer almayıb.

“Le Point” jurnalı Makronun Bezosla bəzəkli Yelisey sarayında solğun boz kostyumda oturarkən şəklini dərc edib.


AzVision.az


Teqlər:





Xəbər lenti