"O təqaüdlər dövlət sifarişi ilə qəbul olanlara yönəlib" - Emin Əmrullayev

   "O təqaüdlər dövlət sifarişi ilə qəbul olanlara yönəlib"  -    Emin Əmrullayev
  27 Fevral 2023    Oxunub:1209
"Azərbaycanda tələbə təqaüd yerlərinin sayı azalmayıb. Hər iki tələbədən biri təqaüd alır. Bu ayrı-ayrı illər üzrə fərqlənir".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə dövlət sifarişlərin sayı artıb:

"Əvvəlki illərdə dövlət sifarişli yerlərdən əlavə 15 faiz ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd verilirdi. Dövlət sifarişli yerlərin sayı artdığı üçün əlavə təqaüdlərin sayı azalıb. Yəni o təqaüdlər dövlət sifarişi ilə qəbul olanlara yönəlib. Yəni rəqəmlər dəyişməyib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti