Dronla türməyə telefonlar atmaq istədilər

Dronla türməyə telefonlar atmaq istədilər
  09 Mart 2023    Oxunub:1313
Ermənistanda qeyri-adi cinayət hadisəsi baş verib. AzVision.az xəbər verir ki, “Sevan” cəzaçəkmə müəssisəsinin əməkdaşları əraziyə dron vasitəsilə telefonlar ötürülməsinin qarşısını alıblar.
Ermənistan Ədliyyə Nazirliyinin penitensiar xidmətinin mətbuat xidmətinin məlumatında qeyd edilir ki, hadisə axşam saatlarında baş verib. Mühafizəçilər koloniyaya yaxınlaşan pilotsuz təyyarəni müşahidə ediblər. Daha sonra cihaz plastik torbaya bükülmüş əşyanı binaya doğru atıb.

Əməliyyatçılar içərisində cib telefonları və enerji doldurucularının olduğu şübhəli bağlama aşkarlayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Dron  





Xəbər lenti