Antarktidada dəniz buz sahəsi kəskin azalıb

Antarktidada dəniz buz sahəsi kəskin azalıb
  11 Mart 2023    Oxunub:1533
“Fevralın sonunda Antarktidada dəniz buzunun sahəsi 1,83 milyon kv.km təşkil edib. Bu, qışın son ayı üçün rekord aşağı göstəricidir”.
Bunu Ümumdünya Meteorologiya Təşkilatının (WMO) sözçüsü Kler Nyullis bildirib. Təşkilatın məlumatına görə, bir il ərzində dəniz buzunun sahəsi 93 min kv.km azalıb. Arktikaya gəldikdə, fevral ayında dəniz buzu sahəsi bütün müşahidələr tarixində qış dövrünün sonunda qeydə alınan ikinci ən kiçik ərazi idi - 1,12 milyon kv.km. Alimlər bildirib ki, qlobal istiləşmə ilə əlaqədar Arktika çaylarının hərəkəti də sürətlənib.

Qlobal istiləşmə ilə əlaqədar olaraq, temperatur ilk növbədə yüksək enliklərdə, o cümlədən Arktikada yüksəlir. Bölgədəki bir çox ekspertlər havanın temperaturunun kəskin istiləşməsi səbəbindən çayların məcrasının sabitliyi pozacağını proqnozlaşdırırdılar.

AzVision.az


Teqlər:





Xəbər lenti