ABŞ bankları rekord məbləğdə kredit götürüb

ABŞ bankları rekord məbləğdə kredit götürüb
  17 Mart 2023    Oxunub:842
ABŞ bankları həftə ərzində Federal Ehtiyat Sistemindən rekord məbləğdə 164,8 milyard dollar kredit götürüblər.
Martın 8-dən 15-dək olan dövrdə maliyyə qurumları 90 gün müddətinə təxminən 152,8 milyard dollar kredit götürüblər. Bir həftə əvvəl banklar cəmi 4,58 milyard dollar borc götürmüşdü. Əvvəlki rekord həddi - təxminən 111 milyard dollar 2008-ci il maliyyə böhranı zamanı müəyyən edilib.

Eyni zamanda, FED “Silicon Valley Bank” (SVB) və “Signature Bank”ın bağlanması ilə bağlı vəziyyəti həll etmək üçün təxminən 142,8 milyard dollar xərcləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti