İnternat məktəbində bayramla əlaqədar xeyriyyə tədbiri keçirilib

İnternat məktəbində bayramla əlaqədar xeyriyyə tədbiri keçirilib
  16 Mart 2023    Oxunub:944
Azərbaycan Braziliya Ciu-citsu Federasiyası və Bakı Baş Mədəniyyət İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin birgə təşəbbüsü və xeyirxah insanların dəstəyilə 8 nömrəli İnternat məktəbində Novruz bayramı ilə əlaqədar xeyriyyə tədbiri təşkil edilib.
Tədbirdə Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov, mədəniyyət evinin əməkdaşları, digər nümayəndələr və qonaqlar uşaqlarla görüşərək onların bayramını təbrik edib, birlikdə əyləniblər.

Aqil Acalov öz növbəsində kimsəsiz uşaqların daim birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarəti ilə dövlətimiz tərəfindən diqqətdə saxlanılmasından, yaradılan şəraitdən danışaraq eyni zamanda onların hər kəs tərəfindən dəstəklənərək diqqətdə saxlanmasının vacib olduğunu qeyd edib. O, bildirib ki, bu cür sosial layihələr Federasiyanın illik fəaliyyət planına daxil olmaqla silsilə şəkildə təşkil edilir və ediləcəkdir.

Daha sonra tədbir Novruz bayramının personajları olan Keçəl və Kosanın səhnəcikləri, müğənnilərin çıxışları ilə əyləncəli şəkildə davam edib.





AzVision.az



Teqlər: İnternat  





Xəbər lenti