Özünü çemodan kimi göstərib təyyarəyə minmək istədi

Özünü çemodan kimi göstərib təyyarəyə minmək istədi
  17 Mart 2023    Oxunub:2091
Rusiya paytaxtının Domodedovo hava limanında təyyarənin baqaj hissəsində gizlənən sərnişin aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Məlum olub ki, həmin şəxs martın 16-da uçuş üçün bilet alıb və qeydiyyatdan keçib. Sərnişinlər təyyarəyə daşınan zaman o qəfildən digər borta tərəf qaçıb. Orada isə baqaja yüklər doldurulurmuş. Gənc oğlan özünü çamadan kimi göstərərək baqaja atılıb.

Nəticədə baqaj bölməsi yoxlanıldıqdan sonra burada gizlənən sərnişin aşkara çıxarılıb. O, öncə həkimlərə təhvil verilib və hər ehtimala qarşı bütün baqaj yenidən yoxlanılıb. Telekanalın məlumatına görə, təyyarə iki saatlıq gecikmə ilə Moskvadan yola düşüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təyyarə   Rusiya  





Xəbər lenti