Neftin büdcə qiyməti artıla bilər

   Neftin büdcə qiyməti artıla bilər
  17 Mart 2023    Oxunub:1315
Azərbaycan hökuməti bu il neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin (hazırda 50 ABŞ dollarıdır) artırılmasını istisna etmir.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

"Bu il biz neftin büdcə qiymətini 50 dollardan götürmüşük, amma may ayında bu qiymətdə artım ola bilər. Gözləntilərimiz yüksəkdir", - deyə o qeyd edib.

Bundan başqa, hökumət başçısı deyib ki, ölkədə süni qiymət artımı halları var və bununla mübarizə aparılır: “Süni qiyməti artımları ilə bağlı gündəlik monitorinqlər keçirilir və bunun qarşısını almaq hökumətin əsas vəzifəsidir. Mübarizəni bundan sonra ciddiləşdirəcəyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti