"Dostluq Meşəsi"ndə 63 mindən çox ağac əkilib

"Dostluq Meşəsi"ndə    63 mindən çox    ağac əkilib
  21 Mart 2023    Oxunub:1312
Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən Cəbrayıl rayonu ərazisində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin "Dostluq Meşəsi" adlandırılan sahəsində, o cümlədən ətrafdakı terraslarda bugünədək 73 hektarda 63 mindən artıq müxtəlif növ ağac tingi əkilib.
Bunu AzVision.az -a mərkəzin direktoru Cahid Məmmədov bildirib.

O qeyd edib ki, mərkəzin əməkdaşları tərəfindən yaz ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində də müxtəlif cinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.

C.Məmmədov suqoruyucu, torpaqqoruyucu, iqlim tənzimləyici və digər xüsusiyyətlərə malik ən qiymətli təbii sərvətlərimiz olan meşələri qorumağa çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti