Ermənistanda bankların xarici valyutada kredit verməsi məhdudlaşdırıldı

   Ermənistanda bankların xarici valyutada kredit verməsi məhdudlaşdırıldı
  22 Mart 2023    Oxunub:1094
Ermənistan parlamenti “Valyuta tənzimi və valyuta nəzarəti haqqında” qanuna dəyişiklik edib, bank və kredit təşkilatları tərəfindən xarici valyutada kreditlərin verilməsini məhdudlaşdırıb.
Qanuna dəyişikliklərin lehinə 68 deputat, əleyhinə isə 31 deputat səs verib. İndi Ermənistan bankları və kredit təşkilatları istehlak kreditləri və kreditləri, mənzil ipoteka kreditlərini yalnız erməni dramında verə bilər.

Dəyişikliklər qeyri-rezident fiziki şəxslərə təsir etməyəcək, onlar xarici valyutada ipoteka krediti ala biləcəklər.


AzVision.az


Teqlər:





Xəbər lenti